backend

İki gömrük işçisi qaçaqmalçılığa görə azadlıqdan məhrum edildi

Paytaxt Düşənbənin Somoni rayon Məhkəməsi iki gömrük işçisini qaçaqmalçılıqda günahkar bilərək 6 və 10 il azadlıqdan məhrum olunmaqla həbs cəzasına məhkum edib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, Şamil Nabatov və Məhəmməd Nazimov bu ilin may ayında həbs olunmuşdular – həbsdən iki həftə əvvəl ölkə prezidenti gömrük, vergi və maliyyə orqanlarının işini kəskin tənqid etmiş və bir sıra vəzifəli şəxslərin oğurluq və korrupsiya hallarından danışmışdı.

Məlumata görə, Məhəmməd Nazimov və Şamil Nabatov Özbəkistandan paltar daşıyan yük maşınını qeydiyyata almamaqda təqsirli biliniblər. Hər iki əməkdaş Tacikistan-Özbəkistan sərhədindəki İstaravşan gömrük keçid məntəqəsində işləyiblər.

Məhəmməd Nazimovun vəkili hüquq-mühafizə orqanlarının bu il mayın 23-də Düşənbədə bir yük maşınını saxladıqdan sonra müvəkkilinin tutulduğunu söyləyib: “Bu maşınla Özbəkistandan gömrük rəsmiləşdirməsi olmadan paltar gətirilibmiş”.

Vəkilin sözlərinə görə, ümumilikdə bu işlə bağlı altı nəfər saxlanılıb – üç gömrükçü, iki sürücü və malış üstündən gələn Özbəkistan vətəndaşı. Sonradan iki gömrük işçisindən başqa hamısı cərimə olunaraq sərbəst buraxılıb, Məhəmməd Nazimov və Şamil Nabatov isə məhkəməyə çıxarılaraq hökm oxunub. Baxmayaraq ki, qohumlarının dediyinə görə, 55 min somoni (təxminən 5.5 min dollar) məbləğində maddi ziyanı ödəyiblər.

Məhkumlardan birinin atası Abduləziz Nazimov oğlunun günahkar olduğunu, lakin hökmün çox sərt olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*