İki qatar toqquşdu – Ölənlər varbackend

İki qatar toqquşdu - Ölənlər var

İndoneziyada 2 sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:03-də Bandunq şəhəri yaxınlığındakı Sikalenqa stansiyasında baş verib.

Qatarlardan biri şəhər mərkəzi ilə şəhərətrafı arasında hərəkət edən, digəri isə Surabaya şəhərindən gələn qatar olub. Ölənlər qatarların maşinistləridirlər.

Hazırda hadisə yerində axtarış işləri və təhqiqat aparılır.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*