backend

“İki xalq arasındakı münasibətlərin qurulması üçün iqtisadi əlaqələr vacibdir” – Vladimir Menşov

“Bakıda fəhlə ailəsində böyümüşəm. Valideynlərim maşınqayırma zavodunda çalışırdılar. Xatırlayıram, həmin zavodda ermənilər, azərbaycanlılar, ruslar və qeyri-millətlər birgə işləyirdi. Aralarındakı münasibətlərdə heç bir gərginlik olmazdı. Ancaq 1990-cı illərdə Qarabağ müharibəsindən sonra Bakıya qohumlarımın dəfn mərasimində iştirak etmək üçün gələndə münaqişənin ağır nəticələrini gördüm. Düşünürəm ki, əvvəlki münasibətə qayıtmaq çox çətin olacaq, çünki bu buzu yalnız vaxt əridə bilər. Vaxt və yalnız vaxt”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın xalq artisti Vladimir Menşov “Moskva-Baku.ru”-ya müsahibəsində deyib. O əlavə edib ki, “Cəmiyyəti tələsdirməyə ehtiyac yoxdur. Hərbi əməliyyatların bitməsindən iki ay keçdi və artıq Ermənistan, Azərbaycan və Rusiyanı birləşdirən dəmir yollarının inşası ilə bağlı bir bəyanat imzalanıb. Olduqca sürətli tempdir. Mədəni əlaqələri bərpa etmək və düşmənçiliyi aşmaq üçün bir neçə on il lazım olacaq. Amma dəmiryolu bərpa olunduqdan sonra səyahətlər başlanacaq və tədricən barışıq olacaq”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*