İkili standartlar: ATƏT tənqid çəlləyi və ya “demokratiya polisi” qiyafəsindəbackend

İkili standartlar: ATƏT tənqid çəlləyi və ya "demokratiya polisi" qiyafəsində

Mərkəzi Seçki Komissiyasının 13 fevral iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçilərindən biri xanım Aygün Attarın akkreditasiyası ləğv edildi.

Diqqəti çəkən bu prosedurun təşəbbüskarı, Azərbaycanda ATƏT/DTİHB seçki müşahidə missiyasının sədri Peter Teyler idi. Vəziyyətin qeyri-adi olduğunu etiraf etməliyik: Azərbaycan parlament seçkilərinin Avropa standartlarına uyğunluğuna nəzarət edən missiya üzvlərindən birinin statusu əlindən alındı.

NİYƏ?

Ona görə ki, müşahidəçi missiyanı ümumilikdə tənqid etmiş, onlara ölkənin daxili işlərinə müdaxilə etməməyə çağırmışdı.

Təbii ki, cənab Teylerin özü üçün ilk suallar meydana çıxır?

Birincisi, Mərkəzi Seçki Komissiyasından komanda üzvlərinizdən birinin səlahiyyətini geri götürməyinizi tələb etdiyiniz halda, onun tələbini niyə yerinə yetirmirsiniz?

İkincisi, əgər komandanızda nizam-intizamı təmin edə bilmirsinizsə, başqa ölkələrdə seçkilərin keçirilməsi qaydalarına dair qiymətləndirmələriniz necə qəbul ediləcək?

Görünən odur ki, Teylor “demokratiya polisi” rolunu ifa etmək üçün belə canfəşanlıq edir.

Bu rolu oynadıqca da ikili standartlar, birtərəflilik, subyektivlik kimi əlamətlər ATƏT-in boyuna biçilir.

Çünki bu qurumun qəlibləşmiş mövqeyi bunu deməyə əsas verir. ATƏT dramatik, qalmaqallı açıqlamalarla beynəlxalq mediada gündəm yaratmağı çox yaxşı bilir, Azərbaycanı qıcıqlandırmaq üçün reallıqla uymayan tezisləri qabardır, özünün nöqsanlarını görməyərək müşahidə missiyasının hədəflərini düzgün fokuslaşdırmır.

Demokratik təsisat kimi tanınan beynəlxalq təşkilat əslində özünün yaranma fəlsəfəsini unudub elə bir tərzdə ifadə üslubu seçir ki, bütün bunlara demokratik prosesi stimullaşdırmaq kimi qiymətləndirmək düz olmaz.

O cümlədən qısamüddətli müşahidəçi missiyası statusunun ləğv olundu Aygün Attara qarşı dözümsüzlük onu göstərir ki, ATƏT tənqid çəlləyi və ya demokratiya polisi qiyafəsində başqa məqsədlərə xidmət edir.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*