Bu gün Azərbaycanın əksər regionlarında ilanlarla bağlı müxtəlif xəbərlərə rast gəlirik. “İlanlar evlərə hücum edib”, “Ən böyük ilan öldürülüb”, “Əjdaha tapılıb” kimi başlıqlı informasiyalardan da göründüyü kimi xüsusən yay aylarında ilanlara rast gəlinməsi halları artır. Konkret.az saytı Türkiyənin Hacettəpə Univeritetinin bioloqu Mehmet Kürşat Şahinin bununla bağlı açıqlamalarını maraqlı olduğu üçün oxucularına təqdim edir. Alim bildirir ki, bu mövsümdə ilanların aktivləşməsi olduqca normaldır. “Belə bir vaxtda normaldan biraz daha artıq ilana rast gəlməyimizdə qəribə heç nə yoxdur. Yağışların da biraz nizamsız olması ilanların qəflətən açığa çıxmasına səbəb olan əsas amillərdəndir. Xüsusilə may, iyun və iyul aylarında, eləcə də daha isti vaxtlarda ilanlar qabıq qoyma, zəhər həddinin çox olduğu anlarda insan olan yerlərdə çoxalmağa başlayır. Nizamsız yağışlar ilanlarda kortəbii hərəkətlilik yaradır. Eyni zamanda bu heyvanların dəyişən mühit temperaturu var. Buna görə də ilanlar ətraf mühitin temperaturu əsasında gizlənir və ya özlərini göstərirlər.
İlanların aktivliyinin artmasının digər səbəbi siçan və gəmiricilərin çoxluğu ilə bağlıdır. Ən zəhərli ilanlara əsasən daşlıq, qayalıq və isti iqlimilə fərqlənən regionlarda rast gəlinir. Bu mövsümdə ilanlarla birgə yaşamağımızda qeyri-adi heç nə yoxdur. İlanlar insanlardan uzaq qaçmağa çalışsa da, onlara zərər verəcəyimizi hiss edərsə, özünü müdafiə üçün qəflətən hücum etməsi insan sağlamlığında ciddi fəsadlara gətirib çıxarar”.
