34 yaşlı venesuelalı qadın Kolumbiyanın Kartagena çimərliyində başına ildırım vurması nəticəsində dünyasını dəyişib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onun yanında olan başqa bir şəxs də şoka düşsə də, özünə gələ bilib. Dəhşətli hadisə çimərlikdə quraşdırılmış müşahidə kamerasına düşüb.
Qeyd edək ki, Rusiya KİV-ində Krasnodara gələn Simferopol sakininin ildırım vurması nəticəsində öldüyü barədə məlumatlar yayılmışdı. Günorta saat bir radələrində qəfildən yağış yağmağa başlayıb, insanlar çardaq altına sığınmağa tələsiblər. Elə bu vaxt şimşək çaxıb, küçədə olan tərəvəz anbarının müştərilərindən biri yerə yıxılıb. Onu xilas etmək mümkün olmayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az