KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının əsrlərboyu yaşatdığı gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir:
“Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı, həssas təbəqədən olan tələbələrə, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim proqramdan kənarda qalmasın”.

Sumqayıtda 5-ci mk.rayonda yerləşən Yeniyetməərin mərkəzinin direktoru Əntiqə xanım da işçilərin kartların özü yeyir beləsində də insaf yox
Sumqayıtda 5-ci mk.rayonda yerləşən Yeniyetməərin mərkəzinin direktoru Əntiqə xanım da işçilərin kartların özü yeyir beləsində də insaf yox
Bize yardim edin imkansiz aileyik
Bize yardim edin cox xaiw edrem qızım eplemsi xestesidi xaiw edrem yardim edin cox pis vezyetdeyik
Qizim eplemsi xestesidi bize komek edin cox xaiw edrem pis vezyetdeyik