İlham Əliyev Marqarita Simonyanı Azərbaycana dəvət edib.
KONKRET.az Azərbaycan prezidenti İlham Əliyev erməni soyadlı şəxslərin ölkəyə buraxılmamasına əmin olmaq üçün Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyanı çəkiliş qrupu ilə birlikdə Azərbaycana dəvət edib.
Azərbaycan prezidenti İlham Əliyev Simonyanın guya “etnik ermənilərin ölkəyə girişinə qadağa qoyulması” ilə bağlı təxribat xarakterli sualını cavablandırıb.
“Əvvəlcə onu deyim ki, bizimlə paylaşdığınız məlumat, yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik mənsubiyyətə görə giriş qadağası yoxdur. Ermənistandan çoxsaylı nümayəndə heyətlərinin səfərləri də buna sübutdur”.
Əliyev Ukraynadan olan etnik erməni idmançıya gümüş medalı şəxsən necə təqdim etdiyini xatırladıb.
“Bundan xəbərim var”, – deyə Simonyan bildirib.
Əliyev Bakıda erməni kilsəsinin təhlükəsizliyinə təəccüblənən erməni katolikosunun Bakıya səfərini də xatırladıb.
Xuraman Etibarlı,
KONKRET.az
