İlham Əliyev Qırğızıstana gedirbackend

İlham Əliyev Qırğızıstana gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov ikitərəfli əlaqələri müzakirə edəcəklər.

Vurğulanıb ki, ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığa, həmçinin səmərəli əməkdaşlığın inşası və daha da inkişafının perspektivlərinə dair müxtəlif mövzularda müzakirə aparacaqlar.
Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılıb.

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*