İlham Əliyevin ad günü şifrələri: Hədəf Qərbi Azərbaycandırbackend

İlham Əliyevin ad günü şifrələri: Hədəf Qərbi Azərbaycandır

Mən artıq neçə illərdir ki, Azərbaycan dövlətinin yaxın gələcək üçün atacağı qlobal və regional addımları Prezident İlham Əliyevin öz ad günündə iştirak etdiyi məkanlarla və orda verdiyi mesajlarla müəyyən edirəm. Uzun illər İlham Əliyev öz ad günün Qarabağın işğal olunmamış ərazilərində, ermənilərlə cəbhə xəttində olan məkanlarda, məcburi köçkünlərlə keçirdi. Və məhz o məkanlardan, bir başa cəbhədən ermənilərə və dünya güclərinə mesajlarını verdi.

Nəhayət, Qarabağ bu gün Azərbaycandır.

Düzdür hələ mübarizə, diplomatik savaş davam edir. Amma gerçək o ki, Qarabağ artıq sorğu-sualsız Azərbaycandır. Bunu Qarabağ erməniləri də, Ermənistan hökuməti də, onların havadarları da dəqiq bilir.

Şöhrət El-Dəniz
Şöhrət El-Dəniz

Amma…

Savaş bununla bitmədi. Və yaxud bitməyəcək…

Tam qələbə, bütöv qələbə hələ qabaqdadır…

Yeni hədəflər, yeni savaşlar var…

Ad günü şifrələri

Bu hədəfləri və savaşın ünvanını bilmək üçün mən yenə Prezident İlham Əliyevin bu gün keçirilən ad günü mərasiminə diqqəti yönəltmək istəyirəm.

Bu gün Prezident İlham Əliyev öz ad gününü Qərbi Azərbaycanın artıq bir parçası hesab olunan Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında keçirdi. Binanın açılışını etdi və bu məkandan yenə ermənilərə, onların havadarlarına və dünya güclərinə mesajlarını verdi.

Bizə isə konkret hədəflər göstərdi…

Gerisi artıq gərgin iş və ciddi adamlarla, ciddi mübarizə tələb olunur.

Ali Baş Komandanın bu gün etimad göstərib, ön sıraya çıxardıqları isə döyüşün qəhrəmanlarını düzgün seçməlidirlər. Çünki döyüş çətin və ağır olacaq. Erməni hiyləgər, məkrli və arxalıdır. Bizim həmrəyliyimiz, intellektimiz və mübarizliyimiz qalib olmağa imkan verəcək. Satqınlar, pulgirlər, vəzifə, mövqe xəstələri bu haqq savaşında yer almamalıdırlar.

Əks təqdirdə…

P.S. Qərbi azərbaycanlı kimi Ali Baş Komandan, Prezident İlham Əliyevi ad günü münasibəti ilə mən də təbrik edirəm. Özüm qarışıq bütün Qərbi azərbaycanlılara isə Ali Baş Komandan tərəfindən verilən bütün əmrləri peşəkar həyata keçirməyi və sadiqlik arzu edirəm.

  • Garachanta
    Dekabr 24, 2022 - 18:19

    Arzu və .Hədəf Bəlli ….Qərbi Azərbaycan İcması (QAİ) gecə-gündüz çalışmalı , qısa müdətdə Qayıdışın Konsepsiyasını, Yol Xəritəsini və Tədbirlər Proqramını İctimaiyyətimizə və Beynəlxalq Təşkilatlara Təqdim Etməlidir. Bu məsələdə Biz şox gecikirik. Hər şeyi Prezidentimiz deməməlidir. İcma Ortaya Nəticəli Fəaliyyət Qoymalıdır!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*