“İlk baxışdan sevgi olmayıb” – Zelenskinin xanımıbackend

"İlk baxışdan sevgi olmayıb" - Zelenskinin xanımı

“Zelenski ilə münasibətimiz məktəb vaxtından başlayıb. Amma onu sevəcəyimi bilmirdim”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya “The Economist”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ilk baxışdan aralarında sevgi olmayıb:

“Ancaq onun yaxşı adam olduğuna əmin idim. Yaxşı yumor hissi vardı. Evlənməmişdən əvvəl səkkiz il görüşmüşük. Yalnız 2003-cü ildə münasibətlərimizi rəsmi şəkildə qanuniləşdirməyə qərar verdik. Evlilikdən iki gözəl övladımız var: qızımız Aleksandra və oğlumuz Kiril”.

Zelenskaya həmişə ərinin yanında olduğunu, ona dəstək verdiyini söyləyib. O, müsahibəsində həyat yoldaşının həmişə onu tənqid etdiyini, heç vaxt tərifləmədiyini qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə Vladimir Zelenski Ukraynada keçirilən prezident seçkilərində qalib gəlib. Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*