İlqar Məmmədov: “Referendum və növbədənkənar seçki qoxusu gəlir” – VİDEObackend

İlqar Məmmədov: "Referendum və növbədənkənar seçki qoxusu gəlir" - VİDEO

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov son günlər şəxsinə və REAl Partyasına yönəlik mediada (o cümlədən sosial mediada) yayılan tənqidlərlə bağlı açıqlama verib.

KONKRET.az həmin açıqlamanı təqdim edir:

“Mənə və partiyamıza qarşı yeni təbliğat dalğasından referendum və növbədənkənar seçki qoxusu gəlir. Hakimiyyət çox narahatdır ki, son 1-2 ayda daha fəal təqdim etdiyimiz təşəbbüslər geniş rəğbət qazandıqca həqiqətən seçkinin gündəminə çevrilər.

Doğrudan da, ərzaq üzərinə qoyulan ƏDV vergisinin endirilməsi ideyası, Böyük Qayıdışla bağlı, qazilərin sosial müdafiəsi ilə bağlı, pandemiya siyasətinin faciəvi iflası ilə bağlı, memarlıq siyasəti ilə bağlı, sərməyə iqlimi ilə bağlı son 1-2 ayda qabartdığımız gündəm təhlükəlidir.

Nə etmələri lazım idi? Bəli, yenə də bayağı, mənəviyyatbaz, yekəbaş söz-söhbətlə insanların başını qatıb gündəmin keyfiyyətini öldürmək lazım idi onlara – və indi məhz bu istiqamətdə edilən cəhdi görürsünüz”.

Müraciətin videoyazısı:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*