Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti səhhəti haqda yaxşı nəsə demək mümkün deyil.
KONKRET.az xəbər verir ki, bunu Modern.az-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.
“Son bir həftədir ki, təssüf ki, İlyas müəllimin səhhəti haqqında yaxşı nəsə demək mümkün deyil. Səhhətində irəliləyiş yoxdur. Ancaq Allahdan ümid kəsilməz”, – o deyib.
Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.