İmmuniteti təbii yolla necə gücləndirmək olar? – AÇIQLAMAbackend

İmmuniteti təbii yolla necə gücləndirmək olar? - AÇIQLAMA

“İmmun sistemini əsasən orqanik məhsulların istehlakı gücləndirir”. 

KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Ekspert qeyd edib ki, meyvələrin və tərəvəzlərin mövsümdə qəbul edilməsi daha məqsədəuyğundur: “Əgər biz payız və yaz aylarında yetişən meyvəni yayda yeyiriksə, o, bizim immunitetimizi gücləndirə bilməz. Buna görə də, həm tərəvəzləri, həm də meyvələri mövsümündə istehlak etməliyik. Bundan başqa, immun sistemini güclü saxlamaq üçün heç olmasa həftədə bir dəfə balıq məhsullarına üstünlük verilməlidir. Çünki balıqda olan D vitamini və omega 3 insanın immum sistemini gücləndirir”.

Mütəxəssis bildirib ki, yay aylarında havalar isti olduğundan insanlar daha çox qazlı içkilərə üstünlük verirlər:

“Lakin belə içkilərdən, ümumiyyətlə rəngli qazlı içkilərdən uzaq durmaq lazımdır. Bunlar boş karbohidrad sayılır, çünki onların tərkibində şəkərdən başqa heç bir şey yoxdur. Orada nə mineral, nə də mikroelementlərə rast gəlmək mümkündür. Yəni, burada insan orqanizminə faydalı olan elementlər olmadığı üçün insan orqanizmi doymur, onu içdikcə içir və bu da təbii ki, immun sistemini zəiflədir. Çünki insanın orqanizmi bioloji bir sistemdir. Bioloji sistemdə bioloji olan hər bir şey yeyilməlidir. Biz əsasən təbiətdən axan suyu, yəni sadə saf su içməliyik. Yaxud da kompot içməliyik, kompotlarda da mövsümü meyvələr olmalıdır, liflərlə zəngin olan meyvənin təbii ki, orada şirəsi çıxır. Kompotun meyvəsi də liflərlə zəngin olduğu üçün bağırsaq florasına yüksək dərəcədə faydalıdır. Bağırsaqda həzm sistemini yaxşılaşdırdığına dəstək olur və bu da insanların immun sistemini gücləndirir”.

A.Salamov əlavə edib ki, həftələrə bölmək şərtilə qırmızı ət məhsullarına üstünlük verilməlidir, çünki onlar B12 vitamini ilə zəngindirlər:

“Onların tərkibində əzələləri oksigenə daşıyan piqment var. Bu da təbii ki, infartkın qarşını alır, immun sistemi də gücləndirir. B12 vitamini insan orqanizmində sintez olunmadığı üçün onu qırmızı ət məhsullarından əldə etmək lazımdır. Əzələləri və xüsusilə ürəyi oksigen ilə təmin edən miyoglobin ,yəni ətə qırmızı rəngi verən pigmentdə insan orqanizmi üçün vacibdir və qırmızı ət məhsullarından əldə olunur. Ona görə də, həftədə iki dəfə qırmızı ət məhsulu, iki dəfə toyuq, iki dəfə də balıq yemək lazımdır. Əsasən də, yağlı balıqlara üstünlük verilməlidir ki, immun sistemi daha da bərpa olunsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*