Türkiyədə inanılmaz hadisə baş verib. Həkim əməliyyat zamanı körpənin başını kəsib.
KONKRET.az CNN Türk-ə istinadən xəbər verir ki, hadisə Tekirdağın Çorlu şəhərindəki özəl xəstəxanada baş verib. Sibel və Yasin Küçükün üçüncü uşaqları Çorlu şəhərindəki özəl xəstəxanada dünyaya gəlib.
Ailənin iddiasına görə, qeysəriyyə əməliyyatı zamanı balaca Dənizin alnında ömrü boyu silinməyəcək çapıq qalıb. Ailə Çorlu Ədliyyə Sarayına gedərək məsul şəxslərdən şikayət edib. İstintaq davam edir.
Sibel kiçik qızı Dənizi il yarım əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Əməliyyat zamanı inanılmaz hadisə baş verib. Həkim ananın qarnını neştərlə kəsərkən körpənin başını kəsib. Hadisədən sonra ailə həkimdən şikayət edib.
Vəkil Gizem Göncə hadisə ilə bağlı danışıb: “Hadisə həkim səhlənkarlığı nəticəsində baş verib. Həkim xəstənin qeysəriyyə əməliyyatı üçün qarnını kəsərkən uşağın başını da kəsib. Dənizin indi bir il yarım yaşı var. Əməliyyat sonrası baş ağrıları olur”.
Ata Yasin Küçük həkimlərin onu aldatdığını deyib.
“Əməliyyat zamanı körpədə kiçik bir kəsik olduğunu dedilər. Lakin körpənin başında 50-yə yaxın tikiş var idi. 15 santimetrlik neştərlə kəsiblər. Həkim uşağı əli ilə çıxararkən uşağın başını kəsib. Əməliyyatdan sonra 4-5 həkim gəldi, dedilər ki, uşağın başında cızıqlar var. Reanimasiyaya gedəndə sarğıları çıxartdırdım. Az deyil, 15 sm-lik kəsik və 50 tikiş var idi. Bizə yalan danışdılar”, – deyə Yasin Küçük bildirib.
Ana Sibel Küçük hadisədən sonra psixologiyalarının pozulduğunu bildirib, yaşadıqları qorxulu prosesdən danışıb.
“Uşağımın danışa və ya hərəkət edə bilməyəcəyi ilə bağlı aylar keçirdik. Bu vəziyyətdən çox təsirləndik. Doğuşa gələndə özümdə idim, beldən aşağı keyləşdirici vurdular. Uşağın başını kəsəndə həkimin qışqırtısını eşitdim. “Yolumdan çəkil, tamponlar düzəldin” deyə Həkim qışqırırdı. Mədəmdə ağrı hiss etdim və sonra huşumu itirdim”.
Xuraman Etibarlı,
KONKRET.az