İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan KONKRET.az-a verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 32 min 20 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 674 milyon 358,3 min manatdan çoxdur.
