“İnstaqram xəstəlikdir” – Zülfiyyə Xanbabayevabackend

"İnstaqram xəstəlikdir" - Zülfiyyə Xanbabayeva

“Azərbaycan estradası keyfiyyətli musiqi ilə zəngin idi. Zövqlər dəyişdi. Bu gün mənə mahnı üzərində işləmək çətindir. Düzdür, məni əqidəmdən heç kim döndərə bilməz. İstərdim ki, əvvəlki zövqlər yerinə gəlsin. İstedadlı gənclərimiz, musiqiçilərimiz var. Trendin arxasınca getməsinlər, hamı bilir hansıları deyirəm. Sənətimə o qədər üfürə-üfürə yanaşdım ki, indi istəmirəm gənclər o musiqilərlə bəslənsin. İndi bir mahnı çıxarıb, adını sinq qoyurlar. İstəmirəm ki, çıxıb muğamın orasını-burasını əyib oxusunlar. Bunu ustadları var”.

KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bu szöləri Xalq artisti Zülfiyyə Xanbabayeva Kazım Sübhanın “Özəl” layihəsində deyib. Müğənni yeni növ mahnıları tənqid edib. O bildirib ki, gənclər zövqsüz musiqini təbliğ edirlər.

Xanbabayeva “Qızınızın ifaçı olmasını istəyərsiz? Sizin çəkdiyiniz əziyyəti qızınızın çəkməsinə razı olarsız” sualına belə cavab verib:

“Bir il əvvəl bu sualı versərdiniz, deyərdim, hə. İndi isə istəmirəm. Amma bir sənət adamına deyəndə ki, övladınız müğənni olsun, o, etiraz edəndə xətrimə dəyir. Bu çəkdiyim əziyyətə, sənətimə xələl gətirir. Sənətimi hörmətsiz edirəm. Qıcıqlanıram deyəndə, yox, övladım müğənni olmasın. Sadəcə, bu cılızlaşma, musiqidə olan böhran adamı bu qənaətə gətirir. Bu, daha çox estrada janrına aiddir. Dəyərmi, bu qədər əziyyət çəkməyə?”.

Müğənni İnstaqramdakı fəaliyyətindən bəhs edib:

“Ətrafımdakı komandam sosial şəbəkə hesablarıma baxır. İnstaqrama baxıram, amma asılı deyiləm. O demək deyil ki, harada oturdum, nə etdim paylaşım. Buna da pis baxmıram, özəl tribunamdır, nə istəyirəm edirəm. Şərhlərə baxıram, istəyəndə cavab verirəm. Yaxşı və yaxşı olmayan tərəfləri var. Bəziləri özlərini İnstaqramdan həddindən artıq asılı hesab edirlər. Bunu edə bilmərəm, mən sənətə İnstaqramla gəlməmişəm. Ürəyim istəyəndə şəkil paylaşaram. Özümü İnstaqramdan asılı etmərəm. Düşünürəm ki, bu bir xəstəlikdir”.
"İnstaqram xəstəlikdir" - Xalq artisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*