backend

İnternet tariflərinin artımı ilə bağlı AÇIQLAMA - RƏSMİ

Yanvarın 4-də Tarif Şurası tərəfindən Azərbaycanda  Aİ-92 benzinin qiyməti 1 manata, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı. Son iki gündə bu artımın təkcə benzin və dizeldə olmayacağı ilə bağlı fikirlər səsləndirilir. Belə ki, ictimai nəqliyyatda gediş haqqında, kənd təsərrüfatı məhsullarında, kommunal xidmətlərdə, eləcə də ölkədə internetin tarifində də artımların olacağı söylənilir.

Ölkə ərazisində internetin qiymətində artımın olub-olmayacağını aydınlaşdırmaq üçün KONKRET.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxlayıb.

Günel Gözəlova səsləndirilən fikirlərin əssasız olduğunu qeyd edib: “Hazırda bu məsələ gündəmdə deyil. Bununla bağlı tərəfimizdən Tarif Şurasına heç bir müraciət olunmayıb”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*