İnterpol Moldovaya xüsusi missiya göndərdibackend

İnterpol Moldovaya xüsusi missiya göndərdi

Ukraynadan gələn qaçqın axınını ilə əlaqədar olaraq İnterpol Moldovaya əməliyyat dəstəyi qrupu göndərib.

KONKRET.az xəbər verir ki, dəstək qrupu paytaxt Kişinyovda və qaçqın düşərgələrində fəaliyyət göstərəcək.

Qrupun məqsədi Moldova polisinə və humanitar təşkilatlara dəstək verməkdir. Qrup üzvləri yerlərdə vəziyyəti qiymətləndirəcək, hazırlıq, təhlil və əməliyyat dəstəyi sahəsində ehtiyacları müəyyən edəcəklər. İnterpol bildirib ki, son həftələrdə Ukrayna sərhədlərinin qanunsuz keçilməsi və insan alveri ilə bağlı çox sayda məlumat daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*