İntiqam planı: İranın 13 variantı varbackend

İntiqam planı: İranın 13 variantı var

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-dan qisas almaq üçün 13 variant hazırlayıb.

KONKRET.az xəbər verir ki, Şuranın katibi Əli Şamxani belə bəyanatla çıxış edib.

Bundan əvvəl İran parlamenti ABŞ ordusu və Pentaqonu terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ aviasiyasının raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdad hava limanı ərazisində öldürülüb.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*