iPhone-nun satışı azaldı – SƏBƏBLƏRbackend

iPhone-nun satışı azaldı - SƏBƏBLƏR

2024-cü ilin yanvar-mart aylarında “Apple” smartfonlarının satışı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “International Data Corporation” (IDC) tədqiqat şirkəti hesabat yayıb.

Hesabata görə, bu dövrdə 50,1 milyon iPhone satılıb (2023-cü ilin birinci rübündə 55,4 milyon), şirkətin bazar payı 17,3% təşkil edib.

Şirkətin fəaliyyəti Çində satışların azalması səbəbindən pisləşib. Qeyd edək ki, 2023-cü ildə bu ölkənin hakimiyyət orqanları milli təhlükəsizlik səbəblərini əsas gətirərək bəzi dövlət işçilərinə iş yerində iPhone və digər xarici cihazlardan istifadə etməyi qadağan edib.

“Apple” növbəti dəfə ən böyük smartfon istehsalçıları reytinqində birinci yeri “Samsung”a uduzub. Cənubi Koreya şirkətinin satışları 0,7%, bazar payı 20,8% azalaraq 60,1 milyon cihaz təşkil edib.

2024-cü ilin birinci rübündə üçüncü yerdə 40,8 milyon smartfon tədarük edən və bazarın 14,1%-ni tutan Xiaomi qərarlaşıb. İlk beşliyə həmçinin Chinese Transsion (28,5 milyon smartfon, 9,9%) və Oppo (25,2 milyon, 8,7%) daxil olub. Transsion satışları 85%, Xiaomi – 33,8% artıb.

Ümumilikdə ilin ilk üç ayında 289,4 milyon smartfon satılıb ki, bu da bir il əvvəlkindən 7,8% çoxdur.

Apple 30 ildən çoxdur ki, Çində fəaliyyət göstərir; Sinxua agentliyinin verdiyi məlumata görə, şirkətin 200 əsas təchizatçısından 151-i bu ölkədə istehsal fəaliyyəti ilə məşğuldur. Mart ayında Apple Şanxayda yeni mağaza açıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*