İqtisadçıdan ETİRAZ: “Sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərclədiniz”backend

İqtisadçıdan ETİRAZ: "Sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərclədiniz"

Mərkəzi Bank sədrinin I müavini Alim Quliyev bildirib ki,  “Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var.

Mərkəzi Bank rəsmisinin fikirini KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bunları deyib: “2022- ci ildə manatın məzənnəsini sabit saxladınız, 2023-də də bunu bacardınız, bəs sonra?! Eyni səhvi 2005-2015-ci illərdə etdiniz, sabit məzənnə rejimi ilə 10 il ölkə yaşadı, sonra nə oldu?! Əvvəl sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərclədiniz, sonra gördüz mümkün deyil, 3 addımlı devalivasiyaya getdiniz – manatı dollara qarşı əvvəl 1.05, sonra 1.55, ən son isə 1.70 manat təyin etdiniz. İndi də 4 ildən çoxdur ki, sabit məzənnə rejimi ilə gedirsiniz, məzənnə dəyişmir, amma manatın alıcılıq qabiliyyəti ölür. Bu, ən azı elə devalivasiya qədər təhlükəli prosesdir. Manatın alıcılıq qabiliyyəti düşür, bir müddət sonra da məzənnəsi düşəcək, bu zaman ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq”.

Dövlət qurumları yeni binaya köçməkdənsə, problemlərin həllinə çalışmalıdırlar” – Natiq Cəfərli – Yenicag.Az

Natiq Cəfərli əlavə edib ki, məzənnə sadəcə iqtisadi göstəricilərdən biridir: “Məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır, ayrıca bir simvol kimi dəyərləndirilə bilməz. Mən başa düşürəm ki, indiki primitiv “boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil, hətta Elman Rüstəmov 2015-2017-ci illərdə, “biz üzən məzənnəyə keçmişik-keçirik-keçəcəyik” deyirdi, sonra bu termini yadına da salmadı. Çünki üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür, gərək valyuta qazanan minlərlə şirkət olsun, bazara onlar qazandıqları valyutanı çıxarıb manata çevirsinlər, həmin manatla maaş-vergi ödəsinlər. Məhz bu zaman normal məzənnə siyasətini qurmaq mümkündür. İndi bizdə manat “kağız neftdir”, ancaq bir amildən asılıdır. Sabitlik institutsional anlayışdır, iqtisadi institutlarla ayaqda qalır. Bizdəki isə sabitlik “borudan” asılıb sallanır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • PEACE
    Dekabr 8, 2021 - 22:54

    В ОБСЕ призвали к прямому общению для разрешения конфликтов: tiny.cc/OSCE-PEACE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*