İQTİSADİ.az saytına baş redaktor təyin edildi – Fikrət Məmmədov kimdir?backend

İQTİSADİ.az saytına baş redaktor təyin edildi - Fikrət Məmmədov kimdir?

Tanınmış jurnalist Fikrət Məmmədov yeni yaradılan iqtisadi.az saytına baş redaktor təyin edilib.

F.Məmmədov məlumatı KONKRET.az-a təsdiqləyib.

Məlumat üçün qeyd edək ki, Fikrət Məmmədov 1982 -ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Moskva Dövlət Linqvistika Universitetində “Müasir Jurnalistika” fakultəsini bitirib. Əmək fəaliyyətinə 2000-cildə Azərbaycan Dövlət Televiziyasında başlayıb. 2005-ci ildə İctimai Televiziyada rejissor kimi işə başlamış, daha sonra bu televiziyanın Rusiyadakı xüsusi müxbiri vəzifəsini uğurla icra edib. 2013-cü ildən biznes fəaliyyəti ilə məşğul olub. Rusiyada bir sıra iri şirkətlərdə çalışmış, bir sıra nüfuzlu sahibkarlar klubunun üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*