“Biz heç vaxt ABŞ-ın müharibənin müddətini müəyyən etməsinə imkan verməmişik və verməyəcəyik”.
KONKRET.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, “Maraqlarımızın tələb etdiyi hər bir halda özümüzü müdafiə edəcəyik. Eyni zamanda, bunu məqsədəuyğun hesab etdiyimiz zaman diplomatik vasitələrdən də istifadə edəcəyik”.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son məlumatlarında, 28 fevralda İrana qarşı başladılan hücumun başlanğıcından bu yana 18 əsgərinin öldüyünü və daha 624 nəfərin yaralandığını açıqlayıb.
CNN-in xəbərinə görə, Pentaqon son günlərdə İranın həyata keçirdiyi hücumlar nəticəsində dörd Amerika əsgərinin öldüyünü və daha 140 nəfərin yaralandığını əlavə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
