İran ABŞ ilə mümkün danışıqların aparılması məqsədilə Pakistana və ya Qətərə nümayəndə heyəti göndərməyi planlaşdırmır.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nour News” agentliyi rəsmi nümayəndəyə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi nümayəndə Cenevrə, Doha və ya İslamabadda ABŞ ilə İran arasında danışıqların bərpa olunacağı barədə yayılan məlumatları təkzib edib.
O, bildirib ki, ABŞ Maliyyə Nazirliyinin son addımları İranla Oman arasında nisbətən uğurla davam edən danışıqlar prosesini çətinləşdirib.
Rəsmi nümayəndənin sözlərinə görə, hazırda İranın ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana və ya Qətərə nümayəndə heyəti göndərməsi ilə bağlı heç bir plan mövcud deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
