“İran Azərbaycanın başqa ölkələrdəki səfirliklərini də hədəfə ala bilər” – İSRAİLLİ EKSPERTDƏN İLGİNC AÇIQLAMAbackend

"İran Azərbaycanın başqa ölkələrdəki səfirliklərini də hədəfə ala bilər" - İSRAİLLİ EKSPERTDƏN İLGİNC AÇIQLAMA

“İran terror şəbəkəsindən istifadə edərək Azərbaycanın başqa ölkələrdəki səfirliklərini hədəfə ala bilər” 

Bunu İsrailin Təl-Əviv Universitetinin professoru, politoloq Dr. Hay Eytan Cohen Yanarocak KONKRET.az-a eksklüziv müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycanın İrana qarşı İsraillə birgə hərəkət etməsi, Azərbaycan üçün təhlükə yarada bilərmi?

– Son Qarabağ müharibəsindən sonra Azərbaycan regional güc olduğunu sübut etdi. İsraillə münasibətindən asılı olmayaraq, Ermənistanı sıradan çıxaran Azərbaycan artıq İran üçün təhlükədir. Bu vəziyyətin təkcə İsraillə əlaqələrə aidiyyəti yoxdur. Məsələ daha geniş aspekti əhatə edir.

– İsraillə əməkdaşlığa görə, İran Azərbaycanı müharibə poliqonuna çevirə bilərmi?

– Əsla. İran birbaşa Azərbaycanla vuruşmaq əvəzinə, Ermənistanı silahlandırmağa, dolayı yolla Azərbaycana hücum edib, zərər vurmağa çalışacaq.

– Əgər, İranla qarşıdurma yaransa, İsrail Azərbaycana hansı formada dəstək verə bilər?

– İsrail Azərbaycanı ilk növbədə Amerika üzərindəki təsiri, həmçinin kəşfiyyat və silah texnologiyaları baxımından dəstəkləməyə davam edəcək.

– İranın terror dövləti olduğunu nəzərə alsaq, bu ölkədən hansı təhlükələr gözlənilir və qarşısını necə almaq olar?

– İran ekstremist dini birləşmələri dəstəkləməklə Azərbaycanı daxildən zəiflətməyə meyilli ola bilər. Ona görə də artıq prezident İlham Əliyevin özünü şəxsən hədəfə aldığını görürük. Bundan başqa, onlar terror şəbəkəsindən istifadə edərək Azərbaycanın başqa ölkələrdəki səfirliklərini hədəfə ala bilərlər. Bunun nümunəsini Azərbaycanın Tehrandakı səfirliyində gördük.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*