İran bu qərarından əl çəkməyəcək – ŞOK DETALbackend

İran bu qərarından əl çəkməyəcək - ŞOK DETAL

Yaxın Şərqdə regional təhlükəsizlik və qlobal enerji marşrutlarının gələcəyi ilə bağlı diqqəti çəkən analitik hesabat yayılıb. Qərb hərbi ekspertlərinin rəyinə görə, mövcud gərginliklər tamamilə yekunlaşsa belə, İran bölgənin ən kritik dəniz keçidi üzərindəki hərbi rıçaqlarını itirməyəcək.

KONKRET.az ABŞ-ın “CNN” telekanalına istinadən xəbər verir ki, beynəlxalq analitiklər rəsmi Tehranın qlobal neft daşımalarının əsas arteriyası hesab olunan Hörmüz boğazını nəzarətdə saxlamaq imkanlarını yüksək qiymətləndirirlər.

Hesabatda qeyd olunur ki, son hərbi əməliyyatlar və gərginliklər zamanı İran fundamental bir reallığı sübut edib: Tehran böyük maliyyə və hərbi resurslar sərf etmədən, nisbətən az sayda raket və pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dünya neft marşrutunun hərəkətini iflic etmək və ya tamamilə qapatmaq gücündədir.

Ekspertlər vurğulayırlar ki, bu asimmetrik döyüş qabiliyyəti münaqişələrin aktiv fazası bitsə belə, İrana qlobal iqtisadiyyat və Qərb dövlətləri qarşısında güclü bir təzyiq aləti qazandırır. Hörmüz boğazından hər gün milyonlarla barrel xam neftin daşındığını nəzərə alsaq, Tehranın bu strateji nöqtədəki hərbi mövcudluğu gələcəkdə də regionun geosiyasi mənzərəsini diktə edən əsas faktorlardan biri olaraq qalacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*