İran pilotsuz təyyarələri müharibənin gedişatını dəyişə biləcəkmi?
KONKRET.az xəbər verir ki, ukraynalı hərbi ekspert, polkovnik Pyotr Çernik bu barədə informasiya telemarafonunun efirində danışıb. O bildirib ki, rusların kütləvi şəkildə istifadə etməyə başladığı İranın kamikadze pilotsuz təyyarələri müharibənin gedişatını dəyişə bilməyəcək.
“Bu, təəssüf ki, bizə bəzi məğlubiyyətlər verə bilən bir silahdır. Amma mənim fikrimcə, bu müharibənin gedişatını heç bir şəkildə dəyişdirə bilməz. Bir-iki həftədən sonra onların məhv olacağına zərrə qədər də şübhəm yoxdur. Müdafiə qüvvələri yüksək keyfiyyətli alqoritmlər işləyəcək, onların qarşısını almağın yolunu tapacaqlar.
Yeganə ağrılı məqam odur ki, böyük hədəfləri vurmaq üçün nəzərdə tutulmuş raketlərimizin onsuz da az olan sursatlarını onlara sərf etməli olacaqlar. İndi məcbur qalıb bu kiçik hədəfləri vurmalı olacaqlar”, – Çernik deyib.
Bununla yanaşı, o, Rusiya qoşunlarının məhdud sayda İran pilotsuz təyyarələrinə malik olması fikrini də ifadə edib.
“Hesab edirəm ki, onlar bir neçə yüz ədəd ola bilər. Düşünmürəm ki, söhbət minlərdən gedir”, – deyə ekspert qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
