İran: Ən böyük hədəfimiz İsraili məhv etməkdir!backend

İran: Ən böyük hədəfimiz İsraili məhv etməkdir!

İran Baş Qərargahının mətbuat katibi, briqada generalı Ebülfəzl Şikarçı bəyan edib ki, İsraili məhv etmək ölkənin silahlı qüvvələrinin ən böyük hədəfidir.

KONKRET.az xəbər verir ki, bu barədə o, İsrail və İran arasındakı gərginlikdən danışarkən bildirib.

“İsraili məhv etmək bizim ən böyük hədəfimizdir və biz bu məqsəddən geri çəkilməmişik”, – deyə Şikarçı qeyd edib.

O, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailə dəstək verən ölkələri “sionist rejimin bir parçası” adlandırıb./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*