İran Fransa vətəndaşını həbsdə saxladı – FOTObackend

İran Fransa vətəndaşını həbsdə saxladı - FOTO

İranın Məşhəd şəhərinin Vəkilabad zindanında saxlanılan Fransa vətəndaşı Benjamin Breyerin azadlığa buraxılması barədə qərar verilməsinə baxmayaraq, SEPAH onun sərbəst buraxılmasına mane olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı Breyerin vəkili Flip Valentə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, müvəkkilinin azadlığı barədə qərar fevralın 15-də verilsə də, SEPAH buna mane olaraq Fransa vətəndaşını girov qismində saxlayıb.

Qeyd edək ki, Benjamin Breyer 2020-ci ilin may ayında İranda “casusluq” ittihamı ilə həbs olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*