İran ordusu hərbi pilotsuz təyyarələrin iştirakı ilə genişmiqyaslı təlimlər planlaşdırır.
KONKRET.az Tasnim xəbər agentliyinə istinadən verir ki, təlimlər İranın mərkəzi və cənubunda keçiriləcək.
Təlimlərdə ordunun dörd qolunun, yəni Ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbçiləri iştirak edəcək.
İran son illərdə dron sənayesində böyük irəliləyiş əldə edib.
Qeyd edək ki, avqust ayında Müdafiə Nazirliyi bildirmişdi ki, bir sıra Avropa ölkələri İranın pilotsuz uçuş aparatlarının alınması üçün müraciət edib.
Ariz Həsənoğlu,
KONKRET.az
