“İran həmişə Türküstan olub, heç vaxt Farsistan olmayıb” – VİDEObackend

“İran həmişə Türküstan olub, heç vaxt Farsistan olmayıb” - VİDEO

“Dövlət sabitliyi, dövlətin gələcəyi üçün təhlükə törədən adamların həbs olunması çox ciddi bir işdir, hamısı da razılıq doğurur. Amma bu 19 nəfər bir dəstədir, Azərbaycanda bunların sayı çoxdur”.      

KONKRET.az xəbər verir ki, bu fikirləri Real TV-nin efirində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşasından danışarkən deyib.

Millət vəkili bildirib ki, bu şəxslər illərcə Azərbaycanda yuva qurub və burada “işləyiblər”, həmçinin müxtəlif dövlət idarələrində yer tutublar.

“Biz İrana qonşu kimi baxmışıq. Biz farsların İranı kimi baxmırıq, biz İrana türklərin İranı kimi baxırıq. İllər boyu bu, bizim dövlətimiz olub. Başında bizim insanlarımız dayanıb. İndi Avropa ölkələrinin, o vaxt Böyük Britaniyanın müəyyən proqramları üzrə burada ikinci türk dövlətinin olmağı uyğun sayılmayıb. Qacarlar dövləti, o türk dövləti tədricən müəyyən xarici layihələr üzrə fars dövlətinə çevrilib. Yəni, İran həmişəTürküstan olub, heç vaxt Farsistan olmayıb. Persiya olmayıb. İndi dünya mədəniyyəti gedib Persiya mədəniyyətinə gedib çıxırlar, o da olur farsın. Halbuki, “İran” deyilən farsdan deyil” – deyə partiya sədri vurğulayıb.

S.Rüstəmxanlı bildirir ki, Cənubi Qafqaz “İran” deyilən dövlətin heç vaxt təsir dairəsi olmayıb:

İran tərəfindən həmişə “Cənubi Qafqaz bizim təsir dairəmizdir, ərazimizdir” iddiaları qoyulub. Onlar adi bir şeyi başa düşmürlər ki, bunun cavabı çox asandır. İranın 1925-ci ildən qurulan Pəhləvilər hakimiyyətinə heç aidiyyatı olmayıb. O regionda yaranmış dövlətlərin tərkibində olub. Amma o dövlətlər olub – Atabəylər Azərbaycan dövləti, Qaraqoyunlu, Ağqoyunlu dövləti, Səfəvi dövləti, sonra Əfşar dövləti, Qacar dövləti. O dövlətlər türk dövlətləri idi. İran deyilən ərazi türk dövlətləri olanda, Qafqaz onun tərkibində idi. Farsistan əl çəksin iddiasından, İranı çevirək təzədən türk dövlətinə, onda münasibətimizi tamam ayrı cür qura bilərik. Onların indiki iddialarının heç bir əsası yoxdur”.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*