İranda evliliyi və çoxuşaqlılığı təbliğ etmək barədə kampaniya başladılıb. Bu proses müxtəlif rəsmi şəxslər, dövlət qurumları və cümə imamları tərəfindən aparılır.
KONKRET.az xəbər verir ki, bir sıra şəhərlərdə evlənmək və çox uşaq dünyaya gətirməklə bağlı qəribə reklam və heykəllərin quraşdırılması sosial media istifadəçilərinin geniş müzakirələrinə səbəb olub.
Tehran şəhərinin Bahar küçəsində quraşdırılan çoxuşaqlı ailə heykəli əhali və internet istifadəçiləri tərəfindən ironiya ilə qarşılanıb. Onlar sosial media qruplarında qəribə heykəlin heç bir məna və maraq kəsb etmədiyini yazıb.
Mənbə: Təbriz Turan TV
