“Nüvə danışıqları üzrə yekun razılaşmada İranı narahat edən dörd məsələ nəzərə alınmalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi deyib.
Onun sözlərinə görə, diqqət yetirilməli məsələlərdən birincisi odur ki, təminatlar inam yaratmalıdır. İkincisi, müqavilədə obyektiv və praktik sınaq nəzərdə tutulmalıdır. Üçüncüsü, sanksiyalar həmişəlik ləğv edilməli və təhlükəsizlik nəzarəti ilə bağlı siyasi iddialara son qoyulmalıdır.
O bildirib ki, bu şərtlər nəzərə alınsa, rəsmi Tehran danışıqlardan geri çəkilməyəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
