İran parlamentinə seçilən erməni millət vəkillərinin adları – SİYAHIbackend

İran parlamentinə seçilən erməni millət vəkillərinin adları - SİYAHI

İran parlament seçkilərinin ilkin nəticələrinə görə, parlamentdə xeyli erməni namizədlər də yer alıb.

KONKRET.az İran mediasına istinadən xəbər verir ki, deputatlığa namizəd Ara Şahverdyanın seçki qərargahının rəhbəri Raffi Pirumyanın sözlərinə görə, seçkinin nəticələrinə görə Ara Şahverdyan ən çox səs toplayıb.

“İranın şimal hissəsində bir yer uğrunda 4 erməni namizədi – Ara Şahverdyan, Albert Poqosyan, Aris Şahbazyan, Sevan Soxra mübarizə aparıb. Ara Şahverdyan təxminən 66 faiz səs alıb. Bu isə o deməkdir ki, bu məntəqədə ikinci tur olmayacaq, çünki 50 faizdən çox səs toplayan namizəd qalib sayılır. Beləliklə, Ara Şahverdyan yeni yaradılan parlamentdə bir yer qazanıb.

İkinci tur namizədlərin heç birinin 50 faizdən çox səs toplamadığı rayonlarda keçiriləcək.

O, həmçinin İranın cənub hissəsində Robert Beqlaryanın da yüksək nisbətdə qalib gəldiyini deyib. Robert Beqlaryan və Emin Ovsep ərazidə bir yer uğrunda mübarizə aparıblar.

Qeyd edək ki, İranda 21 fevral parlament seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 58 milyon təşkil edib, onlardan 30 milyonu kişi, 28 milyonu qadın olub. Seçkilərə ilk dəfə qatılan seçicilərin sayı 3 milyon nəfərdir. Rusiya mediası, 11-ci çağırış Məclisin ümumilikdə sakit olduğunu və hüquq-mühafizə orqanlarının ciddi hadisələr barədə məlumat vermədiyini bildirib.

Xatırladaq ki, İran Məclisində 290 yer var, onlardan beşi dini azlıqların nümayəndələrinə aiddir.

Əlaqəli mövzu:

İran parlamentinə seçilən erməni millət vəkillərinin adları – SİYAHI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*