İran peyki “Soyuz” raketi ilə orbitə buraxıldı – VİDEObackend

İran peyki "Soyuz" raketi ilə orbitə buraxıldı - VİDEO

Baykonur kosmodromundan “Soyuz-2.1b” raketi orbitə buraxılıb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, raket İranın “Xəyyam” peykini və daha 16 kiçik peyki orbitə çıxaracaq.

Buraxılma yerli vaxtla səhər saat 8:52-də baş tutub və Roskosmosun YouTube hesabında yayımlanıb.

Qeyd edək ki, “The Washington Post”un məlumatına görə, Rusiya ilk bir neçə ay ərzində Ukraynada hərbi hədəflərin müşahidəsi üçün İran peykindən istifadə etmək niyyətindədir.

İran Kosmik Agentliyi bunu təsdiqləməyib. Onlar bildirib ki, peyk başqa ölkələr tərəfindən hərbi istifadə üçün nəzərdə tutulmayıb.

İranlı mütəxəssislər qurğunun idarə edilməsi və istismarına cavabdeh olacaq. Peykdən əmrlərin göndərilməsi və məlumatların qəbulu şifrələnmiş alqoritm əsasında həyata keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*