“İran Qasım Süleymaninin intiqamını almamaq müqabilində sanksiyaların ləğvi təklifini qəbul etməyib”backend

 "İran Qasım Süleymaninin intiqamını almamaq müqabilində sanksiyaların ləğvi təklifini qəbul etməyib"

“Sepah”ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri iddia edib ki, sanksiyaların bir qisminin ləğvi qarşılığında İrana Qasım Süleymaninin intiqamını almaq fikrindən əl çəkməsi təklif edilib.

KONKRET.az xəbər verir ki, o, belə təkliflərin “düşmənlər” tərəfindən davamlı olaraq irəli sürüldüyünü deyib. Təngsiri əlavə edib ki, ölkəsi Qasım Süleymaninin intiqamından əl çəkməyəcək.

Qeyd etmək lazımdır ki, Vyanada aparılan atom danışıqları “Sepah”ın ucbatından yarımçıq dayandırılıb. İran vətəndaşları, eləcə də sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani xalqın sanksiyalar səbəbindən ağır vəziyyətdə yaşadığı bir dövrdə müzakirələrin “Sepah”a görə dayandırılmasını tənqid edir və “Sepah”ın terror təşkilatları siyahısında qalmasını dəstəkləyirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*