“İranın xarici siyasət idarəsinin yüksək vəzifəli şəxsləri Rusiya səfiri ilə əvvəlcədən planlaşdırılan görüşləri ləğv ediblər və yeni görüşlərdən imtina etməyə davam edirlər. Bəlkə də, Rusiya ilə münasibətlərdə mənfi fon yaratmaq və ictimai tədbirlərə əl atmaq istəməyən İran ictimaiyyət və xarici mediaya xəbər vermədən Rusiya səfirini İrandan sıxışdırmaq üçün bu taktikaya riayət edəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ictimai fəal Abbas Cümə özünün sosial şəbəkəsində paylaşıb.
Onun sözlərinə görə, “Hər halda, qalmaqal nəticəsində İran elitasının Rusiyaya qarşı olan hissəsi rusofob münasibətlərini ictimailəşdirmək üçün yaxşı bir fürsət əldə edib və Tehranın beynəlxalq aləmdə Moskvanın dəstəyindən asılılığı haqqında siyasi və akademik məkanda bir müzakirə başladıb”.
Natiq Səlim,
KONKRET.az
