İran Rusiyadan “ölümcül” dronlarını istədi: Yeni “Geran”lar ABŞ və İsrailə qarşı istifadə olunacaq?backend

İran Rusiyadan “ölümcül” dronlarını istədi: Yeni “Geran”lar ABŞ və İsrailə qarşı istifadə olunacaq?

İran İsrail və ABŞ-a qarşı müharibədə istifadə etmək məqsədilə Rusiyadan yeni reaktiv mühərrikli “Geran-4” və “Geran-5” PUA-larının tədarükünü istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran Rusiyanın Ukraynada istifadə etdiyi qabaqcıl “Geran” dronlarına maraq göstərib və onların İrana tədarükü ilə bağlı Moskvaya müraciət edib.

Bildirilir ki, yeni “Geran-4” və “Geran-5” PUA-ları əvvəlki versiyalarla müqayisədə daha yüksək sürət və uçuş imkanlarına malikdir. Reaktiv mühərriklə təchiz olunan bu dronların hava hücumundan müdafiə sistemləri üçün daha çətin hədəf olduğu qeyd edilir.

Məlumata əsasən, Rusiyanın yeni “Geran” dronları Ukraynadakı müharibədə hava hücumlarının xarakterinə təsir edən əsas vasitələrdən birinə çevrilib.

Qeyd olunur ki, “Geran” PUA-larının hazırlanmasında İranın “Shahed” dronlarının texnologiyalarından istifadə olunub. Rusiya isə son illərdə bu sistemləri modernləşdirərək yeni versiyalarını yaradıb.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*