İran Rusiyaya yüzlərlə pilotsuz uçan döyüş aparatı ötürməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bunu Ağ Evdə keçirdiyi brifinqdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Bizdə məlumat var ki, İran hökuməti bir neçə yüzə qədər pilotsuz uçuş aparatını (PUA), o cümlədən hücum vasitələrini Rusiyaya tez bir zamanda təhvil verməyə hazırlaşır”, – Sallivan deyib.
Bundan əlavə, o vurğulayıb ki, kəşfiyyat məlumatlarına görə, İran Rusiya hərbçilərinə bu pilotsuz təyyarələrlə işləmək üçün təlim verməyə hazırlaşır. Hazırda İran tərəfinin Rusiyaya tədarüklərə başlayıb-başlamadığı bəlli deyil.
Xuraman Etibarlı,
KONKRET.az
