İran səfirliyi səhvini düzəltdi – FOTOLARbackend

İran səfirliyi səhvini düzəltdi - FOTOLAR

İranın Azərbaycandakı səfirliyi “Report” İnformasiya Agentliyinin sorğusundan sonra sosial şəbəkədəki adını dəyişib.

KONKRET.az-ın xəbərinə görə, hazırda səfirliyin “twitter”dəki səhifəsi “Iran Embassy in Azerbaijan” adlanır.

Daha öncə o, “Iran Embassy in Baku” adlanırdı ki, bu da sosial şəbəkə istifadəçiləri arasında aktiv müzakirələrə səbəb olmuşdu.

Bir sıra istifadəçilər səfirliyin “twitter” səhifəsinin əvvəlki adının düzgün olmadığını hesab edərək narazılıqlarını bildiriblər.

Müqayisə üçün onlar İranın digər ölkələrdəki səfirliklərinin adlarını misal çəkirdilər. Onlar rəsmi səhifə adlarının vahid prinsip üzərində getməli olmasını qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*