İranın Müdafiə Nazirliyinin rəsmisi bəyan edib ki, ölkənin silah və hərbi texnika istehsalının həcmi son bir il ərzində iki dəfə artıb.
KONKRET.az xəbər verir ki, bu barədə nazirlik nümayəndəsi məlumat yayıb. O qeyd edib ki, bu nailiyyət mövcud təzyiqlər və çətinliklər fonunda əldə olunub.
Nazirlik rəsmisi xatırladıb ki, 12 günlük müharibə zamanı müdafiə sənayemizin bəzi məhdud obyektləri düşmən təcavüzü nəticəsində hədəfə alınaraq vurulmuşdu. Lakin bütün bunlara baxmayaraq, hərbi-sənaye kompleksimiz istehsal həcmini ikqat artırmağa müvəffəq olub.
Natiq Səlim,
KONKRET.az
