İran İslam İnqilabi Mühafizləri Korpusu İranın müxtəlif hücumlarında ABŞ-a verilən çox ağır zərərlərin siyahısını yayımlayıb.
KONKRET.az xəbər verir ki, İslam İnqilabi Mühafizləri Korpusunun sözçüsü Briqada Generalı Hüseyn Mühibbi bildirib ki, 8-22 iyul tarixləri arasında 15 gün ərzində, İran Silahlı Qüvvələrinin qətiyyətli və ağır hücumları nəticəsində regiondakı ABŞ ordusunun məruz qaldığı zərərlər bunlardır:
Radar və hava müdafiəsi sahəsində:
7 komanda və nəzarət mərkəzi, 3 peyk rabitə sistemi, 6 Patriot hava müdafiəsi radarı (Patriot sistemləri o qədər zəifləmişdir ki, İranın raketləri və pilotsuz uçuş aparatları maneəsiz hədəflərinə çatır), 3 hava və dəniz nəzarət və izləmə radarı, 8 erkən aşkarlama və xəbərdarlıq radar sistemi, 7 hava raket müdafiəsi radarı, 3 EPS radar sistemi, 2 EPS-117 radarı, 5 uzun mənzilli radar, 2 hava müdafiəsi radarı, 1 taktiki radar kompleksi.
Əməliyyat qabiliyyətinin azaldılmasına yönəlik dəstək və logistika sahəsində:
6 döyüş təyyarəsi və helikopter təmir-baxım mərkəzi, 3 dəstək və logistika mərkəzi, 12 yanacaq çəni, 17 silah dəstəyi ilə dəniz və hava vasitələrinə aid ehtiyat hissəsi anbarı, 6 raket sursat anbarı.
Əməliyyat infrastrukturu sahəsində:
6 MQ-9 PUA angarı, 1 F-15 döyüş təyyarəsi hazırlıq angarı, içində 8 istifadə olunmamış PUA olan 1 PUA angarı, 2 komanda mərkəzi, 1 təyyarə gəmisi yanacaq doldurma platforması, 1 P-8 patrul təyyarəsi angarı, 4 HIMARS raket platforması, 5 döyüş təyyarəsi angarı, 4 Patriot hava müdafiəsi kompleksi, 6 raket atma platforması, 1 yanacaq nasos stansiyası, 2 siqnal rabitə mərkəzi, 1 kəşfiyyat data mərkəzi, Amazon şirkətinə aid data emalı mərkəzinə bağlı 1 süni intellekt mərkəzi, 1 uzaqdan idarə olunan dəniz vasitəsi (ŞMPAD) anbarı, 1 yanacaq körpüsü, 4 döyüş təyyarəsi sığınacağı, 6 uçuş və park rampası.
Hava əməliyyatları sahəsində:
11 döyüş təyyarəsi və helikopter (yerdə), 17 kəşfiyyat və əməliyyat PUA-sı (bunlardan 8-i istifadə olunmamış vəziyyətdə idi), sığınacaq daxilində 1 F-15 döyüş təyyarəsi, 1 P-8 patrul təyyarəsi, 1 C-17 nəqliyyat təyyarəsi, 8 yanacaq doldurma təyyarəsi, 4 ağır helikopter, 6 ehtiyat raket.
Ağagül Mürsəlov,
KONKRET.az
