İran və Pakistan birgə dəniz təlimləri KEÇİRİRbackend

İran və Pakistan birgə dəniz təlimləri KEÇİRİR

İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Kəraçi limanında Pakistan donanması ilə birgə təlimlərdə iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı iki donanmanın zabitləri görüşlər keçirib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirib ki, iki ölkə arasındakı təlimlər dəniz əməkdaşlığının gücləndiyini nümayiş etdirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*