Naməlum təyyarə İraqdan Suriyaya keçən İran yük maşınlarını bombalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Al–Hadath” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə Əl-Bukamal sərhəd-keçid məntəqəsində baş verib.
Suriya İnsan Haqları Mərkəzindən bildirilib ki, yük masınları Tehranın dəstəklədiyi qruplar üçün Suriyaya silah gətirib.
Məlumata görə, 25 maşından ibarət konvoy məhv edilib.
Atışmada ölənlərin olduğu iddia edilir.
İqbal Rzayev,
KONKRET.az