İrana qarşı qətnamə qəbul edildibackend

İrana qarşı qətnamə qəbul edildi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramının məhdudlaşdırılmasına dair mübahisədə rəsmi Tehrana qarşı təzyiqi artırıb.

KONKRET.az xəbər verir ki, BAEA-nın İdarə Heyətinin qəbul etdiyi qətnamədə İrandakı iki nüvə mərkəzinə girişə icazə verilməsi tələb olunub. Bu barədə məlumatı beynəlxalq qurumdakı diplomatlar təsdiqləyiblər.

Qeyd edilməlidir ki, bu qətnamə 2012-ci ildən bəri İrana qarşı qəbul edilən ən sərt sənəddir. BAEA-dan verilən məlumatda iddia olunur ki, qətnamədə göstərilən hər iki nüvə mərkəzi ölkənin indiyədək məlum olan nüvə proqramında əksini tapmır. Bununla belə, beynəlxalq qurum ötən dövr ərzindəki fəaliyyət və ümumi nüvə materialları barədə məlumatların düzgün ötürülməsini də yoxlamaq istəyir.

Bu həftənin əvvəlində rəsmi Tehran belə bir qətnamənin qəbul olunmasının qeyri-məhsuldar olduğunu və buna müvafiq tədbirlərlə cavab veriləcəyini elan etmişdi. ABŞ 2015-ci ildə nüvə proqramına dair sazişi tərk etdiyinə görə, İran tərəfi həmin sazişin müddəalarına riayət etməyə məcbur olmadını bildirir.

Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*