İranın Buşehr əyalətinin Əsləviyyə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Cənubi Pars Qaz Kompleksinin işçilərini daşıyan avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
