İranda baş verən zəlzələ Naxçıvanda hiss olundu – YENİLƏNİBbackend

İranda baş verən zəlzələ Naxçıvanda hiss olundu - YENİLƏNİB

İran ərazisində zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

***

15.51

 

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.

KONKRET.az xəbər verir ki, yeraltı təkanlar saat 15:47 radələrində qeydə alınıb.

Təkanlar 10-15 saniyə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*