İranda dəhşət: Maşını mitinq iştirakçılarının üstünə sürdübackend

İranda dəhşət: Maşını mitinq iştirakçılarının üstünə sürdü

Ötən gecə İranın Məşhəd şəhərində hökumət tərəfdarlarının mitinqi zamanı bir nəfər avtomobili insanların üzərinə sürüb.

KONKRET.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

“Vəkilabad bulvarında yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə paralel zolaqda hərəkət edən digər avtomobillə toqquşub. Toqquşmadan sonra sürücü idarəetməni itirib və hərəkət istiqamətini dəyişərək mitinq iştirakçılarının arasına girib”, – rəsmi məlumatda bildirilib.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, 10-dan çox insanın yaralandığı bildirilib.

Yol polisi sürücünün “qeyri-adi” vəziyyətdə olduğunu bildirsə də, məsələnin təfərrüatı barədə açıqlama verməyib.

Bəzi sosial media kanalları və qeyri-rəsmi məlumatlarda hadisənin bilərəkdən törədildiyi iddia olunub.

Ölən və yaralananların arasında “Bəsic” üzvlərinin olduğu bildirilsə də, onların kimliyi barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*