İranda etiraz aksiyaları zamanı gənc müğənni həbs edildi – FOTObackend

İranda etiraz aksiyaları zamanı gənc müğənni həbs edildi - FOTO

Oktyabrın 1-də Təbrizdə baş tutan kütləvi etirazlarda gənc azərbaycanlı müğənni Arəş İffəti həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, özünün yeni musiqi əsərini yazdırmağa hazırlaşan gənc müğənni Təbrizdə küçə etirazlarının ikinci günündə döyülüb.

Yaxınları ondan küçəyə çıxmamasını istəsələr də, güneyli gənc qorxmayaraq etirazlara qatılıb və həbs olunub.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq üç həftəyə yaxındır ki, davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*